Yığmamızın 600 minlik yarışda rəqibləri bilindi

Qadın voleybolçular arasında Dünya Qran-prisi-2017-nin püşkü atılıb. Apasport.az xəbər verir ki, Avropa Liqasının qalibi olmaqla 9 il sonra analoji yarışa qatılacaq Azərbaycan yığması da rəqibini tanıyıb.

Belə ki, püşkün nəticəsinə əsasən, yığmamız ilkin mərhələdə Kamerun, Əlcəzair və Kolumbiya ilə üz-üzə gələcək. Matçlar 2017-ci il iyunun 7-9-da Kamerunda oynanılacaq.
 
Yarışın ikinci mərhələsinə Bakı ev sahibliyi edəcək. İyulun 14-16-na təsadüf edəcək oyunlarda rəqibimiz Macarıstan, Əlcəzair və Meksika olacaq.
 
Reqlamentə əsasən, bu iki mərhələdə Azərbaycan da daxil olmaqla, 8 yığma mübarizə aparacaq. Yekunda ilk 4 yerdə qərarlaşacaq komanda iyulun 22-23-də pley-offda münasibətinə aydınlıq gətirəcək. İlk pilləni tutacaq milli isə yoluna davam edəcək.
 
Qeyd edək ki, 600 min dollar mükafat fondu olan yarışda iştirakçı ölkələrin sayı 28-dən 32-yə qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31