Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşdi

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.Report xəbər verir ki, bunlar Paraqvay və Rusiya yığmalarıdır.Paraqvay 1/8 finalda penaltilər seriyasında təşkilatçı ölkə millisini üstələyib - 3:2. Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.Rusiya isə Vyetnamı darmadağın edib - 7:0. Qonşu ölkə yığması 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.Qeyd edək ki, digər 1/8 final görüşlərində Argentina Ukraynanı, İtaliya Misiri, Portuqaliya Kosta-Rikanı, Azərbaycan isə Tailandı sınağa çəkəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31