"İspaniyaya aşiq olmuşdum"

"Chelsea"nin qapıçısı Tibo Kurtua gələcəkdə İspaniyaya qayıtmaq istədiyini gizlətməyib. Goal.az xəbər verir ki, belçikalı qolkiper "Marca"ya açıqlamasında bu barədə danışıb.

"Chelsea"nin qapıçısı Tibo Kurtua gələcəkdə İspaniyaya qayıtmaq istədiyini gizlətməyib. Goal.az xəbər verir ki, belçikalı qolkiper "Marca"ya açıqlamasında bu barədə danışıb.

""Atletico" ilə sağollaşmaq vaxtı gələndə göz yaşlarımı çətinliklə saxlamışdım. Hələ də bu klubun dəstəyini hiss edirəm. Gələcəkdə İspaniyaya qayıtmaq istəyirəm. Məsələ təkcə gözəl ab-havanın hökm sürdüyü "Atletico"da deyil. Mənə Madriddə çox rahat idi. İspaniyaya aşiq olmuşdum. İnsanlar, həyat tərzi, yeməklər xoşuma gəlirdi. İspanlarda nahardan sonra yatmaq adəti var. Mən də bu vərdişi saxlamışam, əsasən ispan televiziyalarını izləyirəm. Yarım ispandır. "Chelsea" ilə müqaviləm 3 ildən sonra bitəcək. 2018-ci ildə əməkdaşlığı davam etdirib-etdirməməyi nəzərdən keçirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31