"Biz də yaxşı oynadıq"

Futzal üzrə DÇ-da iştirak edən Azərbaycan yığması növbəti oyununu keçirib. Goal.az xəbər verir ki, komandamız ikinci turda turnirin favoriti İspaniya yığması ilə qarşılaşıb. Meydanı 2:4 hesabı ilə məğlub tərk edən futzal yığmamızın baş məşqçisi Milton Luis Junior bunları söyləyib:

Futzal üzrə DÇ-da iştirak edən Azərbaycan yığması növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, komandamız ikinci turda turnirin favoriti İspaniya yığması ilə qarşılaşıb. Meydanı 2:4 hesabı ilə məğlub tərk edən futzal yığmamızın baş məşqçisi Milton Luis Junior bunları söyləyib:

"Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik".

Qeyd edək ki, millimiz növbəti matçını İran yığmasına qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31