Messinin qardaşı cəzalandırıldı
Lionel Messinin böyük qardaşı Matias Messi cəzalandırılıb. Bunun səbəbi Messinin qeyri-qanuni odlu silah saxlamasıdır.
16 Sentyabr 2016 18:40 İdmanLionel Messinin böyük qardaşı Matias Messi cəzalandırılıb. Bunun səbəbi Messinin qeyri-qanuni odlu silah saxlamasıdır.
Goal.az xəbər verir ki, 34 yaşlı Matias məhkəmə tərəfindən islahedici işlər görməyə məhkum olunub. O, pulsuz olaraq "Rosario"nun bazasında həftədə 4 saat dərs keçəcək. Bundan başqa o, narkotik və alkoqoldan uzaq durmalı, yaşayış yerini dəyişməməli və 8 min peso (530 dollar) cərimə ödəməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31