Çempionlar Liqası: "Barselona" və "Bavariya"dan darmadağın

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də axşam Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də axşam Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Virtualaz.org-un məlumatına görə, turun ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Türkiyənin "Beşiktaş" klubu Portuqaliyada "Benfika"nın qonağı olub. Matçın 12-ci dəqiqəsində hesabda geri düşən İstanbul klubu son anda məğlubiyyətdən qaça bilib - 1:1.

"Barselona" doğma meydanda "Seltik"i daramadağın edib - 7:0.

PSJ - "Arsenal" oyunu 1:1. "Bavariya" - "Rostov" oyunu isə 5:0 hesabı ilə başa çatıb.

Bir daha xatırladaq ki, qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.

Qarşılaşma dünən axşam Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31