Banqladeşli qonaq: "Təşkilatçılıq işləri qüsursuzdur"

"Bütün ailəmizlə Bakıya gəlmişik. Həyat yoldaşım Banqladeşin şahmat üzrə milli komandasının üzvüdür. Hazırda o, Bakı Şahmat Olimpiadasında mübarizə aparır". Bunu SİA-ya açıqlamasında  banqladeşli qonaq Tasmin Sulatana deyib.

O qeyd edib ki, 42 Ümumdünya Şahmat Olimpiadası Bakıda yüksək səviyyədə təşkil olunub: "Yarışlar sakit şəkildə davam edir. Oyunlara heç bir müdaxilə edilmir. Təşkilatçılıq işləri isə qüsursuzdur. Övladlarımla Bakını gəzməyə çıxdıq. Şəhər çox gözəldir. Buranın insanları qonaqlara qarşı istiqanlıdır. Azərbaycanı çox bəyəndim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31