"Azərbaycanla oyun asan olmayacaq"
"Nəticə bizim üçün yaxşı oldu. Ən başlıcası odur ki, yaxşı start götürdük. Çətin səfər oyununda xal qazandıq".
5 Sentyabr 2016 18:54 İdman"Nəticə bizim üçün yaxşı oldu. Ən başlıcası odur ki, yaxşı start götürdük. Çətin səfər oyununda xal qazandıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyundan sonra deyib.
Millimizlə eyni qrupda yer alan Britaniya təmsilçisi səfərdə güclü rəqibindən xal almağı bacarıb. Baş məşqçi qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında millimizlə noyabrda keçiriləcək oyundan və digər rəqiblərdən danışıb:
"Çox çətin qrupda yer almışıq. Azərbaycan millisi ilə yaxın keçmişdə qarşılaşmışıq. Səfərdə keçirilən görüşlərin hamısı çətin olur. Azərbaycanla öz meydanımızdakı oyun da asan olmayacaq. San-Marino və Azərbaycanla ev oyunlarını səbirsizliklə gözləyirik. Mütləq onlara qalib gəlməliyik. Norveç və Almaniyadan da xal almağa çalışacağıq.
Qeyd edək ki, Şimali İrlandiya millisi oktyabrın 11-də San-Marino, noyabrın 11-də isə yığmamızla qarşılaşacaq.