Zurab Azmayparaşvili: "Bakı Şahmat Olimpiadası tarixdə ən yaxşı olimpiadadır"
Bakı Şahmat Olimpiadasında iştirak edən Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti Zurab Azmayparaşvili jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: "Çox şadam ki, yenidən Azərbaycandayam. Bura mənim üçün çox doğmadır. Çünki Azərbaycan həm Gürcüstanla qonşudur, həm də məni buraya çox sıx tellər bağlayır.
5 Sentyabr 2016 17:24 İdmanBakı Şahmat Olimpiadasında iştirak edən Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti Zurab Azmayparaşvili jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: "Çox şadam ki, yenidən Azərbaycandayam. Bura mənim üçün çox doğmadır. Çünki Azərbaycan həm Gürcüstanla qonşudur, həm də məni buraya çox sıx tellər bağlayır. Unutmayın ki, 2009-cu ildə Novi Sadda keçirilən Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandasının kapitanı olmuşam və ən güclü biz olmuşuq. Hər zaman ilklər çətin və yaddaqalan olur".
O, 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da fikirlərini bildirib: "FİDE-nin vitse-prezidenti Georgios Makropulos ötən gün dedi ki, Bakı Şahmat Olimpiadası ən yaxşı olimpiadalardan biridir. Mən həmkarımı qabaqlayıb əminliklə deyə bilərəm ki, Bakı Şahmat Olimpiadası tarixdə ən yaxşı olimpiadadır. Mən karyeramda 15-ci olimpiadada iştirak edirəm. Bu yarış təşkilatçılıq baxımından ən yüksək səviyyədədir. Burada həm şahmatçılar, həm qonaqlar üçün ideal şərait yaradılıb. Bu isə məni qorxudur. Çünki növbəti olimpiada Gürcüstanda olacaq. İndidən deyirlər ki, Zurab bu olimpiada ilə ayaqlaşa bilməyəcək. Buraya bütün komada ilə gəlmişik. Sərgidə də bizm stendimiz var. Yenilikləri öyrənirik ki, özümüz də bu yeniliklərə töhfə verək".
AŞİ prezidenti Azərbaycan yığması haqda da danışıb: "Mən Azərbaycan yığmasının kapitanı olanda komanda hələ gənc idi. İndi isə yığmanız formalaşmış, uğur qazanmağa öyrəşmiş və bunu bacaran təcrübəli komandadır. Olimpiadada məni təəcübləndirən komanda isə hələ ki, Gürcüstan yığmasıdır. Çünki gürcü qızlar Filippinə komandasına məğlub oldular. Amma olimpiada böyük marafondur. Bunu nəzərə almaq lazımdır".
Zurab Azmayparaşvili Qəbələdə təlim-məşq toplanışında Gürcüstan və Azərbaycan yığmalarının qarşılşmasında gürcülərin yaxşı oyun göstərdiklərini vurğulayıb: "Gürcüstan yığması 57:43 hesabı ilə məğlub olmuşdu. Amma bu, bizim üçün daha yaxşı nəticə idi. Gürcüstanın daha böyük hesabla uduzacağını düşünürdük. Teymur Rəcəbov hazırlığın hamısında iştirak etməmişdi. Bəlkə bu, nəticəyə təsir etdi".