Bausa: "Messi əzmkarlıq göstərdi"
Argentina millisinin baş məşqçisi Edqardo Bausa 2018 DÇ təsnifat mərhələsində Uruqvay üzərində qazanılan qələbədən sonra (1:0) fikirlərini bölüşüb.
2 Sentyabr 2016 19:00 İdmanArgentina millisinin baş məşqçisi Edqardo Bausa 2018 DÇ təsnifat mərhələsində Uruqvay üzərində qazanılan qələbədən sonra (1:0) fikirlərini bölüşüb.
Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis Messinin durumu haqqında məlumat verib.
"Oyun çətin alındı. Bunun bir sıra səbəbləri var. Nəticədən razı qaldım. Messinin zədəsi var. Qasıq zədəsindən əziyyət çəkən bu ağrının necə olduğunu anlayır. Buna baxmayaraq Messi əzmkarlıq göstərdi. Şəxsiyyətinin xüsusiyyəti onu məcbur etdi ki, meydana çıxıb komandasına kömək etsin. Onun növbəti oyunda meydana çıxması sual altındadır. Diskomfortu nəzərə alsaq, həmişəki kimi əla oyun keçirdi".