UEFA "Qəbələ"nin rəqibinin qapıçısını cəzalandırdı
Fransanın "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb.
2 Sentyabr 2016 12:24 İdmanFransanın "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb.
Report xəbər verir ki, bu barədə UEFA Nizam-İntizam Komitəsi qərar qəbul edib.
Ruffye Avropa Liqasının "pley-off" mərhələsində İsrailin "Beytar" komandası ilə cavab oyunu zamanı rəqib futbolçu İtay Şexteri qəsdən vurub. 30 yaşlı qolkiper 44-cü dəqiqədə baş vermiş insidentlə əlaqədar birbaşa qırmızı vərəqə alıb.
O, sentyabrın 14-də Almaniyanın "Maynts", sentyabrın 29-da Belçikanın "Anderlext" klubları ilə yanaşı, oktyabrın 20-də "Qəbələ" ilə oyunu da buraxmalı olacaq. "Sent-Etyen" bu qarşılaşmalardan birincisini səfərdə, qalanlarını evdə keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31