Robert Prosineçki: "Səfərə qələbə üçün gedirik"
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San Marino – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib.
2 Sentyabr 2016 11:18 İdmanFutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San Marino - Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, hazılrığın yaxşı keçdiyini qeyd edib:"Artıq 8 gündür ki, birlikdəyik. Düzdür, bütün oyunçular əvvəldən bizimlə birlikdə deyildi, ancaq istənilən halda, prosesin gedişindən məmnunam. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Yüksək əhval-ruhiyyədə San-Marino yığması ilə oyunu gözləyirik. Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Biz səfərə qələbə üçün gedirik. Komandama inanıram".