"Napoli" serb müdafiəçi ilə anlaşdı
"Napoli" transfer pəncərəsinin son ünündə heyətinə daha bir futbolçu cəlb edib.
1 Sentyabr 2016 18:56 İdman"Napoli" transfer pəncərəsinin son ünündə heyətinə daha bir futbolçu cəlb edib.
Goal.az xəbər verir ki, "Torino"nun müdafiəçisi Nikola Maksimoviç mövsümün sonuna kimi icarəyə götürülüb. Neapol klubu buna görə qarşı tərəfə 5 milyon avro ödəyəcək. Gələn yay Maksimoviç transfer hüquqlarına sahib çıxmaq üçün "Napoli" 20 milyon avro ödəyə bilər. Turin klubu isə De Laurentisin klubundan Mirko Valdifiorini daimi transfer edib.
Maksimoviç 2013-cü ildəön "Torino"da çıxış edir. 3 mövsüm ərzində "öküzlər"in heyətində 76 oyun keçirən müdafiəçi 12 dəfə Serbiya millisinin formasını da geyinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31