"Liverpul"dan "Sportinq"ə
Lazar Markoviç karyerasını Portuqaliyada davam etdirəcək.
1 Sentyabr 2016 19:52 İdmanLazar Markoviç karyerasını Portuqaliyada davam etdirəcək.
Goal.az xəbər verir ki, son mövsümü icarə əsasında "Fənərbağça"də keçirən 22 yaşlı serbiyalı futbolçu növbəti mövsümü də icarə əsasında keçirəcək. Lissabon "Sportinq"i Markoviçi mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, bu, Markoviçin Portuqaliyaya ilk gəlişi deyil. 2013-2014 mövsümündə "Sportinq"in əzəli rəqibi "Benfica"da top qovmuş serbiyalı yarımmüdafiəçi məhz 2014-cü ildə "Liverpul"a transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31