AFFA rəsmisi UEFA nümayəndəsi olacaq
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun oyunlarına təyinat alıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva UEFA nümayəndəsi olacaq.
1 Sentyabr 2016 17:29 İdmanAFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun oyunlarına təyinat alıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva UEFA nümayəndəsi olacaq.
Oyunlar sentyabrın 14-19-da Albaniyada keçiriləcək. Bu qrupda Şotlandiya, Serbiya, Kipr və Albaniya yığmaları mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31