Məşhur Formula-1 pilotu karyerasını başa vurdu
Məşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib.
1 Sentyabr 2016 17:00 İdmanMəşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib.
Report bildirir ki, hazırda "Williams" komandasını təmsil edən braziliyalı pilot komandası ilə yeni razılaşma əldə edə bilmədiyindən bu bəyanatı verib.
Ümumiyyətlə, Felipe Massa 2002-ci ildən Formula-1 yarışlarında mübarizə aparır. O, Qran Pri yarışlarında 11 dəfə qalib olub və 2008-ci ildə Formula-1 üzrə dünya çempionatında çempion Lüis Hemiltondan cəmi 1 bal geri qalaraq ikinci yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31