Məşhur braziliyalı futbolçu "Alanyaspor"da
Vaqner Lav karyerasını Türkiyədə davam etdirəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, superliqaya yeni yüksələn "Alanyaspor" braziliyalı forvardla 2 illik müqavilə imzalayacaq. Bu xəbəri klubun prezidenti də təsdiqləyib: "Vaqner Lav komandamızı ən yaxşı şəkildə reklam edəcək. Təcrübəsi ilə komandamıza çox faydası dəyəcək. Dünən Monakoda ilkin razılığa gəldik və sabah rəsmən "Alanyaspor"un futbolçusu olacaq.
31 Avqust 2016 18:18 İdmanVaqner Lav karyerasını Türkiyədə davam etdirəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, superliqaya yeni yüksələn "Alanyaspor" braziliyalı forvardla 2 illik müqavilə imzalayacaq. Bu xəbəri klubun prezidenti də təsdiqləyib: "Vaqner Lav komandamızı ən yaxşı şəkildə reklam edəcək. Təcrübəsi ilə komandamıza çox faydası dəyəcək. Dünən Monakoda ilkin razılığa gəldik və sabah rəsmən "Alanyaspor"un futbolçusu olacaq.
Xatırladaq ki, son mövsümü "Monaco"da keçirən 32 yaşlı futbolçu daha çox Moskva "CSKA"sındakı oyunu ilə məşhurlaşmış və klubu ilə 2005-ci ildə UEFA Kubokunun qalibi olmuşdu.