"Qarabağ" klubu ispaniyalı baş məşqçi gətirir
"Qarabağ" klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq.
31 Avqust 2016 18:17 İdman"Qarabağ" klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq.
Report xəbər verir ki, bu, İspaniyanın "Uraqan" klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.
Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır.
Qeyd edək ki, Pablo Ximenes "Uraqan"da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31