İsko "Real"dan getməyə razıdır

"Real Madrid"in yarımmüdafiəçisi İsko Alarkon Suares komandadan ayrılmaq qərarına gəlib.

"Real Madrid"in yarımmüdafiəçisi İsko Alarkon Suares komandadan ayrılmaq qərarına gəlib.

Goal.az  xəbər verir ki, ispan futbolçu "Tottenhem" klubuna keçməyə razılığını dilə gətirib. Buna səbəb isə Madrid klubunda oyun praktikasından əziyyət çəkməsidir. İngiltərə mətbuatına inansaq, futbolçu ilə "Mançester Siti" və "Arsenal" klubları da yaxından maraqlanırdılar. Geridə qalan mövsümdə 24 yaşlı yarıımmüdafiəçi 5 qol vurub, 12 assist edib. 2018-ci ilə qədər Madrid klubu ilə müqaviləsi olan İskonun transfer qiyməti isə 35 mln avro dəyərində qiymətləndirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31