Qvardiola: ""Barselona"dan güclü komanda yoxdur"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nı tərifləyib.
31 Avqust 2016 14:44 İdman"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nı tərifləyib.
Goal.az xəbər verir ki, Pep ÇL-in qrup mərhələsində qarşılaşacaqları komandaya xoş sözlər söyləyib.
"Gözləyirdimmi "Barsa" ilə belə tez qarşılaşacağımızı? Məncə, əsl vaxtıdır. Bilirik ki, onlardan güclü komanda yoxdur, amma biz də maksimum nəyə qadir olduğumuzu göstərəcəyik. Onların hücum üçlüyü inanılmazdır. Hiss olunur ki, Luis Enrike böyük işlər görür. Bu bizim üçün əla sınaq olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31