7 qat olimpiya çempionu vəfat etdi

İdman gimnastikası üzrə 7 qat olimpiya çempionu Vera Çaslavska 75 yaşında vəfat edib.

İdman gimnastikası üzrə 7 qat olimpiya çempionu Vera Çaslavska 75 yaşında vəfat edib.

Report xəbər verir ki, qadın idmançı ağır xəstəliklə əlaqədar dünyasını dəyişib.

O, keçmiş Çexoslovakiyanın olimpiadalarda ən titullu iştirakçısı olub. Çaslavska 4 qat dünya və dəfələrlə Avropa çempionluğu da əldə edib. Mərhum gimnast olimpiya çempionluqlarını 1964 və 1968-ci illərdə qazanıb. 

Karyerasını başa vurduqdan sonra Çaslavska 1990 - 1996-cı illərdə Çexiya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışıb. O, 1995 - 2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31