"O, Parisdə xoşbəxt deyil"

İtaliya yığmasının yeni baş məşqçisi Canpyero Ventura Marko Verratti haqqında maraqlı açıqlamaları ilə gündəmə gəlib. 

İtaliya yığmasının yeni baş məşqçisi Canpyero Ventura Marko Verratti haqqında maraqlı açıqlamaları ilə gündəmə gəlib.  Goal.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli çalışdırıcı Verrattinin klubunda xoşbəxt olmadığını söyləyib və fikirlərini bu cür əsaslandırıb: "Marko Parisdə xoşbəxt deyil, çünki yanlış mövqedə oynadılır. O, oyun qurucusu olsa da, klubunda hücumçunun arxasında oynadılır ki, Verratti də bundan məmnun deyil".

Xatırladaq ki, Ventura İtaliya yığması ilə ilk matçını sentyabrın 1-də məhz Fransaya qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31