Bədavi Hüseynov nə vaxt meydana qayıdacaq?

Hazırda zədədən əziyyət çəkən milli komandamızın və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun yaşıl meydana nə vaxt qayıdacağı hələ məlum deyil. 

Hazırda zədədən əziyyət çəkən milli komandamızın və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun yaşıl meydana nə vaxt qayıdacağı hələ məlum deyil. 

Qol.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiəçinin zədəsi ilə bağlı bunları söyləyib: 

"Bədavinin əzələsində problem var. Bu, ilk belə hal deyil. Ona görə də ehtiyatlı olmaq lazımdır. Bədavinin zədəsi nə yüngüldür, nə də çox ciddi. Ola bilər ki, zədəsinin bərpası üçün daha uzun müddət lazım olsun. İndidən onun "Slovan"la oyuna qədər zədəsini sağaldıb-sağaltmayacağını demək çətindir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31