Turin klubu Co Hartla danışıqlar aparır
"Torino"nun direktoru Canluka Petraçi "Mançester Siti"nin qapıçısı Co Hartla danışıqlar apardıqlarını təsdiqləyib.
29 Avqust 2016 14:59 İdman"Torino"nun direktoru Canluka Petraçi "Mançester Siti"nin qapıçısı Co Hartla danışıqlar apardıqlarını təsdiqləyib.
Goal.az xəbər verir ki, Petraçi bunları deyib:
"Qapıçı ideyasının arxasınca getmək istəyirik. Hart gəlsə, lap yaxşı. Alınmasa, bu mövqeyə transfer bazarında namizəd axtaracağıq. "Napoli" Maksimoviçi transfer etmək istəyir. Görək onu nə qədər istəyirlər. Nə etmək lazımdırsa, nəzərdən keçirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31