"Barselona" yeni futbolçu alır

"Valensiya"nın hücumçusu Pako Alkaser "Barselona"ya transfer olunmağa hazırlaşır.

"Valensiya"nın hücumçusu Pako Alkaser "Barselona"ya transfer olunmağa hazırlaşır.

Qol.az xəbər verir ki, Kataloniya paytaxtına gələn 22 yaşlı futbolçu tibbi baxışdan keçəcək. Artıq bu gün "Barselona" yeni transfer həyata keçirdiyini rəsmən açıqlaya bilər.

Bu transfer üçün "Barselona" "Valensiya"ya 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, P.Alkaser həm də İspaniya millisinin oyunçusudur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31