İspaniya klubu həbsdə olan sabiq futbolçusu ilə müqavilə imzalayıb
29 Avqust 2016 14:26 İdmanİspaniyanın "Real Aviles" klubu həbsdə olan sabiq futbolçusu Aleks Ariasla müqavilə imzalayıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimi keçirilib.
Mərasim komandanın stadionunda baş tutub. Anlaşmaya əsasən, həbsdə olan futbolçu yalnız məşq və oyun vaxtı komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Arias 2015-ci ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31