"Rio-2016"nın qalibinə Azərbaycandan dəvət
"Rio-2016" Olimpiadasının qalibi, ukraynalı gimnast Oleq Vernyayev Azərbaycan millisində çıxış etmək təklifi alıb.
29 Avqust 2016 13:40 İdman"Rio-2016" Olimpiadasının qalibi, ukraynalı gimnast Oleq Vernyayev Azərbaycan millisində çıxış etmək təklifi alıb.
Bu barədə azvision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir.
"Təkliflər var və onlar cavab gözləyirlər. Onlar hələ tələsmirlər. Sonuncu olaraq məni Almaniya dəvət edib. Bundan əlavə Rusiya və Azərbaycandan da təkliflər var. Lakin anlamaq lazımdır ki, mən bu məsələni nəzərdən keçirmirəm və heç hara getməyi planlaşdırmıram. Bizə yetərincə diqqət ayırmasalar, mən bu təklifləri nəzərdən keçirəcəyəm. Ancaq mən indi vətəndaşlığımı dəyişmək barədə düşünmürəm", - deyə Vernyayev bildirib.
Qeyd edək ki, Rioda keçirilən olimpiada zamanı Vernyayev paralel qollar üzrə yarışda qızıl, çoxnövlülük üzrə yarışlarda isə gümüş medal qazanıb.