"Ajax" Silessenə əvəzləyici tapdı

Yasper Silesseni "Barselona"ya yola salan "Ajax" onun əvəzinə Hollandiya millisinin digər qapıçısı Tim Krulla anlaşıb.

Yasper Silesseni "Barselona"ya yola salan "Ajax" onun əvəzinə Hollandiya millisinin digər qapıçısı Tim Krulla anlaşıb.

Goal.az xəbər verir ki, amsterdamlılar 28 yaşlı qapıçını mövsümün sonuna kimi icarəyə götürüb. "Nyukastl Yunayted" bundan öncə qapıçı ilə müqaviləni yeniləmişdi. Krul Den Haaq şəhərində anadan olub. 2005-ci ildə bu şəhəri təmsil edən eyniadlı klubdan "Nyukastl"a keçmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31