Lorenzo Sotomayor: "Azərbaycan bayrağını Rioda dalğalandırmaq qürurverici idi"
“Azərbaycanın boks tarixində ilkə imza ataraq Olimpiya Oyunlarının finalına yüksəldim. Ancaq həlledici görüşdə hakimlərin haqsızlığı ilə üzləşdim”. SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Lorenzo Sotomayor jurnalistlərə açıqlamasında deyib.
24 Avqust 2016 14:32 İdman"Azərbaycanın boks tarixində ilkə imza ataraq Olimpiya Oyunlarının finalına yüksəldim. Ancaq həlledici görüşdə hakimlərin haqsızlığı ilə üzləşdim". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Lorenzo Sotomayor jurnalistlərə açıqlamasında deyib.
Boksçu finalda rəqibindən güclü olduğunu bidirib: "Final görüşünün hər 3 raundunda rəqibimdən üstün olsam da, qərar mənim əleyhimə oldu. Sonuncu raundda əmin idim ki, qələbə mənimdir. Amma hakim haqsızlıq etdi. Çox istəyirdim ki, geriyə qızıl medalla qayıdım. Azərbaycan bayrağını Rioda dalğalandırmaq həqiqətən qürurverici idi. Ölkədə idmanın inkişafı üçün hər cür şərait var. İdmançılar dövlətin qayğısı ilə əhatə olunublar".