Xetaq Qazyumov: "Finalda taktiki səhvə yol verdim"
"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.
24 Avqust 2016 12:38 İdman"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.
O, finala hazırlıqlı olduğunu, lakin taktiki səhvə yol verdiyini qeyd edib: "Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi".
Güləşçi olimpiadada gümüş medal qazanmasını özü üçün uğursuz nəticə saydığını bildirib. X.Qazyumov gələcək karyerası, yenidən olimpiadada çıxış etməsinin mümkünlüyü ilə bağlı belə deyib: "İstirahət edib, yaxşı düşünmək lazımdır. Bu qərar asanlıqla verilmir. İdmanda uzun yol keçən karyeram olub. Deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşib, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".