Olimpiya çempionu ailəsi ilə birgə bu evdə yaşayır

Rio-da-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 5 qızıl, 1 gümüş medal qazanan ABŞ-lı üzgücü Maykl Felpsin yeni evinin görüntüləri yayılıb.

Rio-da-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 5 qızıl, 1 gümüş medal qazanan ABŞ-lı üzgücü Maykl Felpsin yeni evinin görüntüləri yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Arizonada yerləşən evin qiyməti 2,5 milyon dollardır. 5 yataq otağı olan villanın Kamelbek dağlarına mənzərəsi var.

O, bu evə keçən ilin sonunda nişanlısı Nikol Consonla köçüb. Mayda isə ikilinin oğlu dünyaya gəlib. İdmançı artıq karyerasını bitirmək barədə düşünür:

"Oğlum və nişanlımla yaşamaq istəyirəm. Bu evlə birgə həyatımızda yeni dönəm başlasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31