Şvaynştaygeri göndərmirlər, amma...
Joze Mourinyo tərəfindən əvəzedici komandaya göndərilən Bastian Şvaynştayger bu yay "Mançester Yunayted"i tərk etməyəcək. Bu barədə Almaniyanın "Sport1" nəşri məlumat yayıb.
23 Avqust 2016 15:58 İdmanJoze Mourinyo tərəfindən əvəzedici komandaya göndərilən Bastian Şvaynştayger bu yay "Mançester Yunayted"i tərk etməyəcək. Bu barədə Almaniyanın "Sport1" nəşri məlumat yayıb.
Goal.az xəbər verir ki, 32 yaşlı oyunçu klubda qalmaq qərarını versə də, əvvəlki kimi baş məşqçinin planlarına daxil deyil. Ötən yay "Yunayted"ə keçən Şvaynştaygerin müqaviləsi 2018-ci ildə başa çatacaq. Onunla PSJ, "Milan" və "İnter" maraqlanırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31