"Messi İspaniyanı da seçə bilərdi"
Xorxe Valdano "Barcelona"nın ulduz futbolçusu Messinin Argentina millisinə qayıtmaq qərarına toxunub.
22 Avqust 2016 18:04 İdmanXorxe Valdano "Barcelona"nın ulduz futbolçusu Messinin Argentina millisinə qayıtmaq qərarına toxunub.
Goal.az xəbər verir ki, "Real"ın eks-direktoru onun sədaqətinə şübhə etmədiyini qeyd edib.
"Messinin daxilində həyəcandan başqa nəsə də var. Bu, öz ölkəsinə və milli komandasına sədaqətdir. Unutmayaq ki, Leo "Barcelona"dakı komanda yoldaşları ilə birlikdə İspaniya millisində oynamağı da seçə bilərdi. Bu halda onun titul qazanmaq imkanları daha çox olacaqdı. Lakin Messi hisslərinə üstün gəlməyi bacardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31