"Qarabağ"ın oyununda rusiyalı hakimlər
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" oyununa hakim təyinatları açıqlanıb.
22 Avqust 2016 14:08 İdmanAvropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" oyununa hakim təyinatları açıqlanıb.
Qol.az xəbər verir ki, oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31