Olimpiyaçılarımız Vətənə qayıdırlar: VAXT AÇIQLANDI

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-de-Janeyro - Bakı çarter reysi ilə Vətənə dönəcəklər.

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-de-Janeyro - Bakı çarter reysi ilə Vətənə dönəcəklər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən Milli.Az-a deyilib ki, bununla əlaqədar olaraq avqustun 23-də saat 18:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31