Rio-2016: İdmançımız 1/8 finalı adlaya bilmədi
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Apasport.az-a istinadən bildirir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
17 Avqust 2016 17:19 İdmanBu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Apasport.az-a istinadən bildirir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
Braziliyada tam heyətlə təmsil olunan Azərbaycan yığmasının bir idmançısı dayanq üzərinə çıxıb. 49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova Rioda debüt döyüşündə serbiyalı Tiyana Boqdanoviçlə üz-üzə gəlib.
1/8 finalda keçirilən döyüş Bakı vaxtı ilə saat 17:00-da başlanıb.
Patimat 3-2 hesabı ilə rəqibinə uduzub.
Qeyd edək ki, yığmamızın heyətində qarşıdakı günlərdə Milad Beiqi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (+80 kq) komandamızın medal sayını artırmağa çalışacaqlar.