İdmançımız Rioda birinci oldu: yarımfinala vəsiqə qazandı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya mübarizəyə başlayıb.
15 Avqust 2016 18:14 İdmanAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya mübarizəyə başlayıb.
Virtualaz.org-un məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.
O, finişə 40,702 saniyəyə çataraq yürüşün qalibi olub. Bununla da Osipenko-Radomskaya yarımfinala yüksəlib.
Növbəti mərhələ yürüşlərinə bu gün saat 18:00-dan etibarən start veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31