İngiltərəli futbolçu polis tərəfindən öldürülüb

İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb. 

İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb. 

Məlumata görə, 48 yaşlı sabiq futbolçu "tazer"dən (elektrik tapançası) açılan atəş nəticəsində xəsarət alıb.

Atkinson xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səhərə yaxın baş verdiyi bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, D.Atkinson "Real Sosyedad", "Aston Villa", "Fənərbağça", "Mançester Siti" kimi klublarda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31