Rio-2016-da qeyri-adi hadisə: 3 gümüş medal - FOTO

Rio-2016-da qeyri-adi hadisə yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, üzgüçülüyün 100 m məsafəyə "Batterflay" üsulu ilə yarışmasında 3 idmançı gümüş medal qazanıb. Amerikalı Maykl Felps, macarıstanlı Laslo Çexvə CAR idmançısı Çad le Klos eyni nəticə göstərdiyindən hər üç üzgüçüyə gümüş medal verilib. Bürünc medal təqdim olunmayıb.

Dünya tarixinə Olimpiadaların ən çox çempion və mükafatçısı kimi düşən amerikalı medal sayını 27-yə yüksəldib.

Yarışın qalibi məsafəni 50,39 saniyəyə qət edən sinqapurlu Cozef Şulinq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31