Berluskoni klubun satışı barədə danışdı
"Milan"ın prezidenti Silvio Berluskoni klubu Çin konsorsiumuna satması ilə əlaqədar azarkeşlərə müraciət edib.
12 Avqust 2016 17:52 İdman"Milan"ın prezidenti Silvio Berluskoni klubu Çin konsorsiumuna satması ilə əlaqədar azarkeşlərə müraciət edib.
Goal.az xəbər verir ki, italyan funksioner bunları deyib:
"30 il əvvəl "Milan"ı sevgi əlaməti olaraq aldım. Onu daha böyük sevgimə görə satıram. "Milan"ın dünyanın aparıcı klubları rəqabət aparması üçün lazımi resurs və sərmayə qoymaq istəyi olan bu qrupa güvənirəm. Təbii ki, məyus olmuşam. Amma növbəti dəfə klubun xeyrinə qərar qəbul etdiyimə görə sakitəm. Əvvəlki kimi "rossoneri"nin ən yaxşı azarkeşlərindən biri olacam. Bu 30 il xatirimdə həmişəlik qalacaq. Onları heç nəylə müqayisə etmək olmaz. Əminəm ki, tezliklə "Milan"ın yeni uğurlarını qeyd edəcəyik. Klubun hər bir azarkeşini bağrıma basıram".
"Milan"ın 99.93 % səhmlərinin satılması haqqında qərar bir neçə gün öncə qəbul olunub. Çinlilər Berluskoninin təsis etdiyi "Finnivest" şirkətinə 740 milyon avro ödəyəcək. Klubun yeni sahibləri 220 milyon avro borcu bağlayacaq və 3 il ərzində "Milan"a 350 milyon avro sərmayə yatıracaq. Səhmlərin satışı noyabra qədər başa çatdırılacaq.