Rio-2016: 2097 dopinq-testin nəticəsi açıqlandı
Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının ilk günündən bəri idmançılardan alınan testlərin nəticələri açıqlanıb.
12 Avqust 2016 12:11 İdmanBraziliyada keçirilən Yay Olimpiya Oyunlarının ilk günündən bəri idmançılardan alınan testlərin nəticələri açıqlanıb.
Apasport.az xəbər verir ki, yarış iştirakçılarında hələ dopinq aşkarlanmayıb.
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Olimpiadada iştirak edən idmançıların indiyə qədər 2097 dəfə testdən keçirildiklərini açıqlayıb. Nəticələr isə ürəkaçan olub və testlərin hamısı təmiz çıxıb. Buna baxmayaraq, komitə rəsmisi Mark Adams mötəbər yarışın sonuna qədər 5000-dən çox test aparılacağını bildirib. Bunların təhlillərinin aparılması üçün Rio-de-Janeyroda müvəqqəti olaraq 2 ofis açılıb.
Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 21-nə qədər davam edəcək.