Rio-2016: 12-ci dünya rekordu
Rio-2016-da daha bir dünya rekordu qeydə alınıb.
12 Avqust 2016 11:59 İdmanRio-2016-da daha bir dünya rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarındakı 12-ci rekord velosiped idmanında qeydə alınıb.
Trek yarışlarında çıxış edən Böyük Britaniyanın qadınlardan ibarət komandası tarixi nəticə göstərib. Təsnifat mərhələsində qalib olan britaniyalılar 4000 m məsafəni 4 dəqiqə 13,260 saniyəyə qət ediblər.
Keti Arçibald, Laura Trott, Elinor Barker və Coanna Rousell-Şanddan ibarət "dördlük" əvvəlki rekordu 0,423 saniyə yaxşılaşdırıb. Əvvəlki rekord isə 2015-ci ilin fevralında Avstraliya yığması tərəfindən müəyyənləşdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31