Millimiz Qazaxıstanda antirekordunu təkrarladı
Qazaxıstanın Şımkent şəhərində keçirilən "Prezident Kuboku"nda çıxışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb.
12 Avqust 2016 11:48 İdmanQazaxıstanın Şımkent şəhərində keçirilən "Prezident Kuboku"nda çıxışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, Qırğızıstanı 2:0 hesabı ilə məğlub edib, turniri 5-ci pillədə başa vuran Rafiq Mirzəyevin yetirmələri turnirin tarixində millimizin ən zəif nəticəsini təkrarlayıblar.
Belə ki, 2011-ci ildən turnirin iştirakçısı olan U-17 yığmamız üçün 5-ci pillə ən pis nəticədir. Komandamız 2 il əvvəl də eyni uğursuzluğu yaşamışdı. Digər 4 turnirdə daha uğurlu çıxış edən yığmamızın rekordu isə 2011-ci ildəki 1-ci yerdir.
Ümumilikdə isə Azərbaycan komandaları 2008-ci ildən keçirilən "Prezident Kuboku"nda 1 il sonra debüt edib. 2009 və 2010-cu illərdə komandalar ölkəmizi təmsil edibsə, 2011-ci ildən estafet U-17-yə keçib.
Azərbaycan komandaları "Prezident Kuboku"nda
2008 - iştirak etməmişik
2009 - "Akademiya" - 7-ci yer
2010 - "Bakı" - 7-ci yer
2011 - U-17 milli komanda - 1-ci yer
2012 - U-17 milli komanda - 4-cü yer
2013 - U-17 milli komanda - 4-cü yer
2014 - U-17 milli komanda - 5-ci yer
2015 - U-17 milli komanda - 2-ci yer
2016 - U-17 milli komanda - 5-ci yer