Rioda qədim yunan atletinin rekordunu qıranın 9 günü qalıb

Olimpiya oyunları tarixinin ən titullu idmançısı olan amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən olimpiadadan sonra karyerasını başa vuracaq.

Olimpiya oyunları tarixinin ən titullu idmançısı olan amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən olimpiadadan sonra karyerasını başa vuracaq.

Report bildirir ki, bu barədə atletin özü mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, onun üçün fantastik həftə, karyerasını bitirmək üçün inanılmaz üsul olub: "Bu gün sonuncu dəfə 200 metr məsafəyə üzməkdə yarışdım. 20 il əvvəl üzməyi öyrəndiyimi, amma bundan sonra yarışa bilməyəcəyimi düşünmək qəribə hisslər oyadır. Amma digər tərəfdən, mən hər zaman istədiyimi eləmişəm".
Qeyd edək ki, M.Felps beş dəfə Olimpiya oyunlarında iştirak edib. O, 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilən olimpiadalarda ümumilikdə 26 medal (22 qızıl, 2 gümüş və 2 bürünc) qazanıb.
Rio-de-Janeyro Olimpiya Oyunlarının altıncı günündə 31 yaşlı üzgüçü 200 metr məsafəyə kompleks üzməkdə qalib gəlməklə 22 dəfə Olimpiya çempionu adına sahib çıxıb. Bu qələdə sayəsində ABŞ idmançısı təxminən iki min il əvvəl yunan atleti (qaçış) Leonid Rodesin rekordunu qırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31