Azərbaycan ikinci gümüş medalını qazandı
12 Avqust 2016 05:29 İdmanMilli.Az apasport.az-a istinadən xəbər verir ki, idmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Final görüşü olduqca gərgin keçib. 4 dəqiqə 35 saniyə davam edən mübarizədə rəqibinə ipponla məğlub olan Qasımov gümüş medalla kifayətlənib.
11.08.2016
23:44
Elmar Qasımovun final görüşündəki rəqibi müəyyənləşib. Həlledici görüşdə cüdoçumuzun rəqibi çexiyalı Lukas Krpaleki olacaq.
23:34
Milli.Az bildirir ki, E.Qasımov yarımfinalda ukraynalı Artyom Bloşenko ilə qarşılaşıb. Elmar rəqibini də "ippon"la məğlub edərək finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.
19:42
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/4 final görüşünə çıxıb.
Report-un məlumatına görə, rəqib misirli Ramadan Darviş olub.
Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq yarımnfinala yüksəlib.
Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olacaq.
-----------
19:27
Həmyerlimiz Elmar Qasımov 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələrək ona qalib gəlib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da növbəti mərhələyə-1/4 finala keçib.
-----------
17:32
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edəcək.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verəcək.
100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Tbilisi və Samsun Qran-Prilərinin qızıl medalçısı olan Elmar Olimpiya çempionuna heç bir şans verməyib.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.