“Vilyareal” klubunun baş məşqçisi istefaya göndərilib
İspaniyanın "Vilyareal" klubu baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib.
11 Avqust 2016 18:52 İdmanİspaniyanın "Vilyareal" klubu baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib.
APA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
Məlumata əsasən, klubun yeni baş məşqçisinin adı yaxın saatlarda elan ediləcək. 50 yaşlı Marselino Qarsiya Toral 2013-cü ildən kluba rəhbərlik edirdi. Son mövsümdə "Vilyareal" İspaniya çempionatında 4-cü yer tutub.
M. Qarsiya Toral müxtəlif illərdə "Saraqosa", "Rasinq", "Sevilya" və digər ispan klublarına rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31