Macar idmançı ikiqat Olimpiya çempionu olub
Macarıstan Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
11 Avqust 2016 18:15 İdmanMacarıstan Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb. Məlumata görə, kişilər arasında qılıncoynatmanın sablya növündə mübarizə aparan macarıstanlı Aron Siladi bütün rəqiblərindən üstün olub. Finalda ABŞ təmsilçisi Deril Homerə 15:8 hesabı ilə qalib gələn A.Siladi ikiqat Olimpiya çempionu olub. Macarıstanlı idmançı "London-2012" Yay Olimpiya Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində yer almışdı.
Bürünc medal uğrunda görüşdə isə Koreya Respublikasından olan Kim Con Hvani iranlı Moctab Abedindən üstün olub-15:8.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31