Stadiona ildırım düşdü: 10 futbolçu yaralandı
Bosniya və Herseqovinanın "Oraşye" futbol komandasının məşq etdiyi meydançaya ildırım düşüb.
11 Avqust 2016 17:50 İdmanBosniya və Herseqovinanın "Oraşye" futbol komandasının məşq etdiyi meydançaya ildırım düşüb.
Report bildirir ki, təbii fəlakət nəticəsində 10 futbolçu xəsarət alıb.
Həkimlər 19 yaşlı futbolçu Adin Alihodziçin vəziyyətinin ağır olduğunu və həyati təhlükəsinin davam etdiyini bildiriblər. Bundan başqa, 3 futbolçu xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Oraşye" Bosniya və Herseqovinanın ikinci liqasında mübarizə aparır və eyniadlı şəhəri təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31