Rusiya yığmasının baş məşqçisinin adı açıqlanıb
Futbol üzrə Rusiya yığmasına yeni baş məşqçi təyin edilib.
11 Avqust 2016 14:31 İdmanFutbol üzrə Rusiya yığmasına yeni baş məşqçi təyin edilib.
TASS xəbər verir ki, komandaya Stanislav Çerçesov rəhbərlik edəcək.
Rusiya Futbol İttifaqından yeni baş məşqçi ilə 2018-ci ilə qədər müqavilə imzalandığı bildirilib. Çerçesovun əmək haqqının 2.6 milyon avro olduğu açıqlanıb.
S.Çerçesov yeni komandası ilə ilk oyununu avqustun 31-də Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 52 yaşlı S.Çerçesovun sonuncu iş yeri Polşanın "Legiya" klubu olub. 2007-ci ildə onun başçılığı ilə Moskvanın "Spartak" klubu Rusiya çempionatında ikinci yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31