Azərbaycan millisindən MÖHTƏŞƏM QƏLƏBƏ: 12:1!
11 Avqust 2016 12:02 İdman17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunan "Prezident Kuboku" turnirinin qrup mərhələsində son oyununu keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb - 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurublar. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqləniblər.
İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31